Seulda yaşayan soydaşımız İstanbulda Koreyanın tanınmış musiqi qrupunun konsertini təşkil edib

Koreya Respublikasının Seul şəhərində yaşayan həmyerlimiz Rahil Əhmədovanın “Korever Company” (Korever Kompani) və Türkiyənin “Eventi Venti” şirkətləri Koreyanın tanınmış musiqi qrupu “TRENDZ”in İstanbulda ilk konsertini təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Seulun fəxri vətəndaşı olan Rahil Əhmədova Koreya ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi və Koreya mədəniyyətinin tanıdılması istiqamətində işlər görür. “Korever Company” “Koreya və dünya arasında əlaqələr qururuq” şüarı ilə Koreya şirkətlərinin Türkiyə və Azərbaycanda uğurlu fəaliyyət göstərməsi üçün peşəkar məsləhət xidmətləri təqdim edir.

Şirkətin növbəti layihələrindən olan və İstanbulda böyük uğurla baş tutan konsert pərəstişkarların böyük rəğbəti ilə qarşılanıb, qrupun mükəmməl səhnə çıxışı, sevimli mahnıları ilə yadda qalıb. Rahil Əhmədova tədbirin əsas məqsədinin Koreya mədəniyyətini tanıtmaq, Koreyanın populyar musiqisini (K-pop) Türkiyə və Azərbaycandakı pərəstişkarları ilə qovuşdurmaq olduğunu vurğulayıb. Bunun Koreya və Türkiyə arasında mədəni əlaqələrin inkişafı üçün əhəmiyyətli bir addım hesab edilə biləcəyini söyləyib.

Koreya mədəniyyətinin bir hissəsi sayılan K-pop musiqi janrı hazırda dünyada çox məşhurdur. K-pop getdikcə gənclər arasında milyonlarla pərəstişkarı olan genişmiqyaslı musiqi submədəniyyətinə çevrilir.

İstanbul konserti Türkiyə və Koreya mediasında geniş işıqlandırılıb.

Previous
Previous

Trendz Odatv'ye konuştu: K-Pop yıldızlarının Türkiye sevgisi... Konsere özel ipuçları... Friendz'e mesaj var

Next
Next

K-POP group TRENDZ finishes first solo concert in Turkiye Successfully